Korporativ Satış üzrə Menecer
Bakı, AzərbaycanTam ştat
PITS Texnoloji Həllər Şirkəti komandamıza korporativ müştərilərlə uzunmüddətli əlaqələr quracaq və satış strategiyalarının qurulmasında aktiv rol alacaq Korporativ Satış üzrə Menecer axtarır.
Vəzifə öhdəlikləri
- Korporativ (B2B) müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli biznes əlaqələrinin qurulması və idarə olunması
- Müştərilərlə görüşlərin təyin edilməsi, satış görüşləri və təqdimatların keçirilməsi
- Müştəri ehtiyaclarına uyğun məhsul və xidmət həllərinin təklif edilməsi
- Satış planlarının icrası və hədəflərə çatmaq
- Qiymət təkliflərinin hazırlanması və müqavilə prosesinin koordinasiyası
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq, satış sonrası əlaqələrin qorunması və müştəri məmnuniyyətinin təmin edilməsi
- Zənglər və görüşlər haqqında məlumatların CRM sisteminə daxil edilməsi
- Bazarın və rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Potensial müştərilərin cəlb edilməsi və müştəri bazasının formalaşdırılması
- Müştəri şikayətlərinin operativ və effektiv həll edilməsi
- Tenderlərdə iştirak üçün zəruri sənədlərin hazırlanması
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə olan tələblər
- Ali təhsil
- Korporativ / B2B satış sahəsində minimum 3 il iş təcrübəsi
- Güclü ünsiyyət, təqdimat və satış nitq qabiliyyəti
- Analitik düşünmə və satış strategiyası qurma, bazar analizi bacarığı
- Müştəri psixologiyasını anlama bacarığı
- Səlis Azərbaycan dili (ingilis dili — orta səviyyə; əlavə dillər üstünlükdür)
- MS Office (Word, Excel, Outlook) və CRM sistemləri ilə yaxşı səviyyədə işləmə bacarığı
- Operativlik, dəqiqlik və vaxtın düzgün idarə olunması
- Pozitiv, enerjili və nəticəyönümlü olmaq
- IT sahəsi üzrə biliklərin olması üstünlükdür
Bizim təkliflərimiz
- Rəqabətli əməkhaqqı + motivasiyaedici bonus sistemi
- AR Əmək Məcəlləsinə əsasən rəsmi işə qəbul
- Karyera inkişafı, davamlı təlimlər və peşəkar mühit
- Dinamik və nəticəyönümlü komanda
- B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərclərinin qarşılanması
CV-nizi mövzu hissəsində "Korporativ Satış üzrə Menecer" qeyd etməklə göndərin:
info@pits.azRolunuzu görmürsünüz? Onu yaradın.
Müstəsna insanlar burada öz mövqelərini özləri müəyyən edir. Nədə güclü olduğunuzu bizə deyin.